Sumqayıtda 52 metr uzunluğunda tort hazırlanır

Sumqayıtda 52 metr uzunluğunda tort hazırlanır

Dekabrın 24-də cənab Prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda nəhəng tort hazırlanır. SİA-nın məlumatına görə, şəhər rəhbərliyi sumqayıtlıları bu dəfə təkcə torta yox, eləcə də paxlavaya qonaq edəcək. Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) qarşısında 10 gündən artıqdır nəhəng çadır qurulub. Çadırda şirniyyatın hazırlanması prosesi gedir. Məkan polis əməkdaşları tərəfindən ciddi mühafizə edilir, ora kənar şəxslər buraxılmır. Bu il tortun ölçüsü Prezidentin yaşına uyğun olaraq artacaq. Yəni bu il 52 metr uzunluğunda tort hazırlanacaq.

Builki 52 metrlik tortun çəkisi 12 tona yaxın olacaq. Tortun hazırlanması üçün 25 minə yaxın yumurtadan, 2 tondan çox undan, 2 ton şəkərdən, 300 kiloqramdan çox qozdan istifadə ediləcək.

Qeyd edək ki, dekabrın 24-də cənab Prezident İlham Əliyevin 52 yaşı tamam olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə