Yapon alimləri mədəaltı vəzin əvəzedici hüceyrələrini yaradıblar

Yaponiyanın Kumamoto Universitetinin alimləri embrional gövdə hüceyrələrindən istifadə edərək mədəaltı vəzin əvəzedici hüceyrələrini yaradıblar.

Bu, şəkərli diabetin ciddi fəsadlarının müalicəsində istifadə edilə bilər.

Mədəaltı vəzin hüceyrələri çoxlu miqdarda insulin ifraz etmək qabiliyyətinə malikdir, bu da qanda şəkərin miqdarını azaltmağa kömək edir.

Təhqiqat qrupunun rəhbəri bildirib ki, alimlər tərəfindən yetişdirilən hüceyrələr insan orqanizmindəki hüceyrələrin xüsusiyyətlərinə malikdir.

Alimlər şəkərli diabetin yarada biləcəyi ağır fəsadların müalicəsinə öz töhfələrini vermək üçün plüripotent gövdə hüceyrələrinin tədqiqini davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...