Yapon alimləri torpaqları radiasiyanı təmizləyən nano-köpük ixtira ediblər
Yaponiyanın Kyoto Universitetinin alimləri "Fukusima-1" atom elektrik stansiyasında (AES) baş vermiş qəza nəticəsində ətraf ərazidə radiasiyaya yoluxmuş torpaqları təmizləmək üçün unikal metod işləyib hazırlayıblar. Alimlərin apardığı təcrübələr zamanı bu metodla AES ərazisindən götürülmüş torpağı radiasiyadan 90 faiz təmizləmək mümkün olub.
Torpaq radiasiyadan mikroskopik köpüklərin konsentrasiyasından ibarət olan nano-köpüyün köməyi ilə təmizlənib. Bu maye yaratdığı burulğanlı proses torpağı radioaktiv hissəciklərdən təmizləmək qabiliyyətinə malikdir.
Əvvəllər belə güman edilirdi ki, radioaktiv hissəcikləri torpaqdan ayıra biləcək texnologiya yoxdur. Həmin ərazilərin dezaktivasiyasına astronomik məbləğdə vəsait tələb olunduğundan, "Fukusima-1" AES-in ətrafındakı torpaqlar radiasiyaya yoluxmuş vəziyyətdə qalmaqda idi. Mütəxəssislərin rəyinə görə, bu prosesi həyata keçirmək üçün azı 10 milyard dollar tələb olunurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB