Robot qəbul imtahanlarını müvəffəqiyyətlə verib

Robot qəbul imtahanlarını müvəffəqiyyətlə verib

Yaponiyada robot ali məktəbə standart qəbul imtahanını müvəffəqiyyətlə verib və bu ona ölkənin özəl universitetlərinin 70 faizində təhsil almaq hüququ qazandırıb.

Robot ən çox balı Yaponiya tarixi, Dünya tarixi və Riyaziyyat fənlərindən toplayıb. Ən aşağı ballar isə ingilis və yapon dillərindən olub.

Buna baxmayaraq, imtahan komissiyası üzvlərinin qənaətinə görə, Torobo-kun adlanan robot yüksək qabiliyyətə malik olması ilə fərqlənir.

Hazırda robotu yaradan alimlər ölkənin ən nüfuzlu ali məktəblərindən sayılan Tokio universitetinə imtahanları uğurla verə bilməsi üçün onun biliklərini təkmilləşdirməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə