2020-ci ilədək "Əşyalar interneti"nin qurğu və xidmətləri bazarının həcmi 300 milyard dollara çatacaq, texnikanın sayı 26 milyardı ötəcək. Şirkətin qiymətləndirməsinə görə, 2020-ci ildə "Əşyalar interneti"nə qoşulan qurğuların sayı fərdi kompyuterlər, smartfon və planşetlər daxil olmaqla ənənəvi kompyuter texnikasının sayından 3,5 dəfə çox olacaq. "Əşyalar interneti"nin yayılması ilk növbədə tibbi xidmət, nəqliyyat infrastrukturu, kommunal xidmətlər, yığım və sənaye robotları texnikasının avtomatlaşdırılması sahələrinə aid olacaq.
Analitiklərin fikrincə, kompyuter çiplərinin yeni məhsullara əlavə edilməsinin aşağı qiymətə olması artıma səbəb olacaq. İnternetə qoşulma imkanına malik olan texnikaların geniş yayılması proqram təminatının hazırlanmasına tələbatı da artıracaq.
İnternetin yaradıcılarından biri sayılan "Google" şirkətinin vitse-prezidenti Vinton Serf hesab edir ki, "Əşyalar interneti"nin yayılması 15-20 ildən sonra "ağıllı" binaların, maşın və şəhərlərin yaranmasına səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB