Smartfon və planşetlər üçün USB fləş-kart...

Smartfon və planşetlər üçün USB fləş-kart...

"Sony" şirkəti planşet və smartfonlarda istifadə üçün nəzərdə tutulmuş "USB" yığıcı təqdim etmişdir. Cihaz iki konnektorla (tam ölçülü USB və microUSB) təchiz edilib. Fləş-kart məlumatların kompyuterdən mobil qurğulara daşınmasını asanlaşdıracaq.

Bildirilir ki, 8, 16 və 32 qiqabayt-saniyə tutumlu yığıcılar satışa çıxarılacaq. Onların qiyməti həcmindən asılı olaraq, 20, 30 və 63 dollar təşkil edəcək. Bu cihaz "Android 4.0.3-dən 4.3"-dək versiyaları dəstəkləyir, "Android 4.4 KitKat" versiyasının dəstəklənməsi isə planlaşdırılır.

Fləş-kartla işləmək üçün "File Manager" tətbiqini "Google Play" onlayn mağazasından yükləmək lazımdır. İstifadəçi bu proqramın köməyi ilə faylları köçürə, ləğv edə, yenidən yarada və çeşidləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə