Yaponiyalı tədqiqatçılar böyrək toxuması yetişdiriblər

Yaponiyalı tədqiqatçılar böyrək toxuması yetişdiriblər

Yapon tədqiqatçılar qrupu insanın gövdə hüceyrələrindən böyrək toxuması yetişdirməyə nail olublar.

Mütəxəssislərin qənaətinə görə, bu kəşf transplantasiya üçün böyrəklərin yetişdirilmə sinə şərait yarada bilər.

Yaponiyanın Kumamoto Universitetinin professoru Ryuiti Nişinakamuranın rəhbərlik etdiyi alimlər qrupu siçanlar üzərində böyrəyin formalaşması prosesini tədqiq edib. Məlum olub ki, böyrəyin yaranmasında aktivin adlanan zülalın da daxil olduğu beş element iştirak edir.

Tədqiqatçılar müxtəlif mərhələlərdə bu beş elementi insanın plüripotent gövdə hüceyrələrinə əlavə ediblər. Nəticədə onlar iki millimetr ölçüdə böyrək toxumasının üçölçülü nümunəsini yetişdirə biliblər. Bu toxuma böyrəyin əsas hissələrini, o cümlədən qlomerulu və kanalları özündə birləşdirir. Əldə edilmiş struktur insan böyrəyi kimi sidik ifraz etmə qabiliyyətinə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə