“Twitter”ə mobil telefonlarda internetsiz daxil olmaq mümkün olacaq

“Twitter”ə mobil telefonlarda internetsiz daxil olmaq mümkün olacaq

"Röyters" xəbər agentliyinin yaydığı məlumata əsasən, "Twitter" mikrobloqlar xidməti internetə çıxış imkanına malik olmayan mobil telefonlarda əlçatan olacaq. Şirkət Sinqapurun "U2opia Mobile" startapı ilə müvafiq saziş bağlayıb.

Yeni xidmət 2014-cü ilin birinci rübündə işə salınacaq. Xidmət inkişaf etməkdə olan ölkələrdə mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub. "Twitter"in populyar xəbərlər lentini oxumaq üçün xüsusi kod yığmaq lazımdır.

"U2opia Mobile" startapının artıq "Facebook" və "Google Talk" ilə oxşar layihələri var. Startap 30 ölkədə təqdim edilib və öz xidmətlərini 7 dildə təklif edir.

Xatırladaq ki, "Wikimedia Foundation" fondu bu yaxınlarda "Airtel" şirkəti ilə birgə layihə təqdim edib. Söhbət "Wikipedia" ensiklopediyasına oflayn giriş üçün ödənişsiz SMS xidmətindən gedir. Yeni xidmət "Wikipedia Zero" adlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə