Çin “Windows XP” sisteminin dəstəklənməsinin dayandırılmamasını istəyir
Çinin kütləvi informasiya vasitələri Çin hökumətinin "Microsoft" korporasiyasından "Windows XP" əməliyyat sisteminin dəstəklənməsinin dayandırılmaması ilə bağlı müraciət etməsi haqqında məlumatlar yayıb. Xatırladaq ki, "Microsoft" 2014-cü il 8 aprelindən etibarən 12 il əvvəl buraxılan əməliyyat sistemi üçün yenilənmənin buraxılmasını dayandıracağını elan edib.
Çin Milli Müəllif Hüquqlarının Qorunması Təşkilatının direktor müavini Yan Syaohunun bildirdiyinə görə, "Windows XP" üçün istənilən yenilənmənin olmaması kiberhücumların, eləcə də proqram təminatlarının pirat nüsxələrinin sayının artmasına səbəb olacaq.
Qeyd etmək lazımdır ki, ötən ay korporasiya Çin istifadəçiləri üçün "Windows 8" sisteminin qiymətini 49 dollaradək azaldıb.
Buna baxmayaraq "Windows XP" hələ də dünya əməliyyat sistemi bazarının 3/1 hissəsini və Çin bazarının yarısını tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB