NASA-dan daha bir yenilik

"Airocide" adlı yeni qurğu kosmik stansiyalarda havanın təmizlənməsi üçün istifadə olunan texnologiyalar əsasında hazırlanıb.

Məsələ burasındadır ki, beynəlxalq kosmik stansiyalarda tənəffüs üçün əlverişli atmosfer yaradan bitkilər oksigendən əlavə, insan orqanizmi üçün zərərli olan etilen də buraxır.

Havanı bu zərərli maddədən xilas etmək üçün təmizləyici qurğudan istifadə olunur.

Bunu əsas götürən NASA mühəndisləri "Airocide" qurğusunu yaradıblar.

Yeni qurğu evi hava-damcı yolu ilə ötürülən bütün virus və bakteriyalardan etibarlı müdafiə edəcək.

Sadəcə hava daha təmiz olacaq.

Bundan başqa, astma xəstəliyi olanlara öz evlərində "Airocide" qurmaq tövsiyə olunur, axı hava heç bir kimyəvi reagentdən istifadə etmədən süzgəcdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə