20 aylıq futbolçu...

Belçika sakini, 20 aylıq Bryus Brays, valideynləri "Rasinq Boksberq" klubu ilə müqavilə imzaladıqdan sonra həmin komandanın oyunçusu olub.

Belçika klubundan bildiriblər ki, Genk şəhərində dünyaya gələn körpənin valideynləri ilə müqavilə imzalanıb. Hələ "top" sözünü tələffüz edə bilməyən balaca beş yaşınadək olan uşaqların komandasında məşq edəcək.

Komandanın məşqçisi bu hadisəyə belə aydınlıq gətirib: "Belə uşaqlara addımbaşı təsadüf etmirsən. Bryus öz yaşına görə topa yaxşı nəzarət edir və çox sərrast vurur.

Belçika son illər gənc istedadlar yetirən məkana çevrilib. O, dünyaya Eden Azar, Romelu Lukaku, Kristian Benteke və Tomas Vermalen kimi ulduzlar bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə