Baş nazir səhnəyə çıxaraq mahnı ifa etdi

Baş nazir səhnəyə çıxaraq mahnı ifa etdi

Kanadanın baş naziri Stephen Harper səhnəyə çıxaraq mahnı oxuyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, sözügedən mahnını Kanadada mövcud olan Yəhudi cəmiyyətinin Torontoda təşkil etdiyi gecədə ifa edib.

Baş nazir ifasını Herringbonev qrupunun müşayiəti ilə başa vurub.

Qeyd edək ki, baş nazir növbəti il İsrail, Fələstin və İordaniyaya gedərək, orada da mahnı ifa edəcəyini bildirib. Bu isə onun Orta Şərqə ilk səfəri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə