Amerikada 2007-ci ildə dünyanın ən çirkin iti olaraq seçilən 8 yaşlı Elwood ölüb. SİA- nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sahibi Karen Quigley ilə birlikdə yaşayan Elwood heç bir xəstəlikdən əziyyət çəkməyib. Onun səhər saatlarında qəflətən öldüyü bildirilir. İtinin yoxluğuna alışa bilməyəcəyini deyən Karen Quigley, onun möhtəşəm bir it olduğunu dilə gətirib: "O, ən üzgün anlarımda belə məni güldürməyi bacarırdı. Elwoodun çirkin olmasına baxmayaraq, olduqca sevimli idi. Mən onu dünyanın ən gözəl itinə belə dəyişməzdim. Elwood üçün çox darıxacağam".
Qeyd edək ki, Karen Quigley dünyanın ən çirkin itinə 2005-ci ildə sahiblənib. Onun iti almaqda məqsədi onu keçmiş sahibindən xilas etmək olub. Karen Quigley keçmiş sahibi tərəfindən çirkin olduğuna görə öldürülməyə cəhd edilən itə 9 aylığından himayədərlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB