Şəxsi münasibətlərdə harmoniya vəd edilir QOROSKOP

Qoç - başladığınız işləri başa vurmağa çalışarkən mühüm anlarla məqamları nəzərdən qaçırmayın. Formalaşan şərtlərin diqtə etdiyi addımları atmazdan əvvəl düşünün. Emosiyalarınıza hakim olun. Diqqətli davranın, rəqiblərin istəklərinə fikir verin. Onların sözlərinin ikinci mənasını anlamağa çalışın. Günün ikinci yarısında yaxşı bələd olmadığınız insanların birindən təklif alacaqsınız. Təklifin gerçəkləşməsi sizinlə bahəm, həmin şəxsin özündən asılıdır. Sərvaxt olun, imkanları əldən verməyin.
Buğa - illüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun. Önəmli insanların etibarından sui-istifadə etməyin. Günün ikinci yarısında yaşam arealı ilə çalışdığınız məkanda qayda yaradın. İlkin təəssüratlara aldanmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək. Günün ikinci yarısında çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun. Təmasları daha intensiv edin. Axşam saatlarında ola biləcək yeni tanışlıq uzunmüddətli əlaqəyə çevrilə bilər.
Xərçəng - peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz. Yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır. Sizə yardım edənlə maneələr yaradanı ayıra bilin. Günün ikinci yarısında yanınızda olan şəxslərin heç də hamısı sizin yaxşılığınızı istəmir. Ehtiyatlı olun.
Şir - dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz.
Maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun. Təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil. Çünki qərarlarınız, niyyət və addımlarınız onlar üçün tam şəffafdır.
Qız - ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini "hədiyyə" etmək istəyirlər. Maraqlarınızın tam təminatına çalışın. Tərəfdaşınız sizinlə əməkdaşlığın perspektivlərinə əsla şübhə etməməlidir. Maddi məsələlərdə qətiyyətli olun. Alış-verişdə bədxərclik etməyin.
Tərəzi - sizi heyrətləndirəcək, hətta təşvişə salacaq hadisələr baş verə bilər. Yaxın ətrafınızdakı insanlar sizi xəbərlər və yeni ideyalarla heyrətləndirə bilərlər. Günün ikinci yarısında problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər. Fikir və istəklərin izharında ağır dövrdür. Naqolaylıqlar münasibətlərlə yanaşı, işdə də hiss olunacaq.
Əqrəb - maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin. Günün ikinci yarısında gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin. Səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, "ağır" yemək yeməyin.
Oxatan - yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin. Günün ikinci yarısı məhsuldar dövrdür. İşlərdə və şəxsi həyatınızda keyfiyyətli dəyişikliklər başlaya bilər.
Oğlaq - maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır. Günün ikinci yarısında işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
Dolça - məhsuldar və perspektivli gündür. Düşünülməmiş addımlar atmayın. Tələsik qərar və ya hövsələsiz davranış fəsadlara səbəb ola bilər. Aldığınız məlumatları təhlil etmədən atılan addımların nəticələri sonradan sizi təəssüfləndirə bilər. Günün ikinci yarısında yarımçıq işi tamamlayın. Axşam saatları şəxsi münasibətlərdə harmoniya vəd edir.
Balıqlar - yetərincə uğurlu, düşərli, əlverişli gündür. Maraqlarınız şəxsi həyat müstəvisində cəmləşməsin. Peşəkar fəaliyyət sahəsindəki proseslərdə ciddi dəyişikliklər istisna deyil. Günün ikinci yarısında situasiya dəyişə bilər. Ailədəki problemin həlli ilə məşğul olun.

Bütün xəbərlər Facebook səhifəmizdə