CAR-da valideynlər əzabverici üzgüçülük məşqlərinə görə həbs oluna bilər
Cənubi Afrika Respublikasında 10 yaşlı qızlarını çox intensiv şəkildə üzgüçülüklə məşğul olmağa məcbur edən valideynlər məhkəməyə verilib. 38 yaşlı ana və 31 yaşlı ata qızlarını öldürmək cəhdində və onun ehtiyaclarına kifayət qədər diqqət göstərməməkdə ittiham olunurlar.
Üstəlik, anaya qarşı qızına əl qaldırmaq ittihamı irəli sürülüb. Təkcə buna görə o, 10 il həbs cəzasına məhkum oluna bilər.
İstintaqın məlumatına görə, valideynləri qızlarını yaşadıqları Blumfonteyn yaxınlığındakı Kryugerdriftdam hovuzunda səhərdən axşama kimi üzməyə məcbur ediblər. Uşaq yorulanda və dincəlmək istəyəndə, valideynləri məşqi dayandırmasına icazə vermir, hətta döyüblər. Hazırda 10 yaşlı qız onu qəbul edən ailənin himayəsindədir.
Üzgüçülük Cənubi Afrikada ən çox inkişaf etmiş ənənəvi idman növlərindən biridir. Ölkənin bir çox sakinləri gələcəkdə sanballı maddi qazanc əldə etmək ümidi ilə uşaqlarını idman seksiyalarına verirlər. Axı, Reyk Nitlinq və ya Roland Skuman kimi kumirlər şöhrət və reklam sayəsində milyonçu olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB