Kitab hərracda 14,2 milyon dollara satılıb

Kitab hərracda 14,2 milyon dollara satılıb

Massaçusetsdə nəşr olunmuş zəbur surələri kitabı (Bay Psalm Book) Nyu-Yorkda, Sotheby’s auksionunun hərracında kitablar üçün dünya rekordu sayılan qiymətə satılıb.

Bu barədə məlumat hərracın rəsmi saytında noyabrın 27-nə keçən gecə dərc edilib.

Adı bildirilməyən alıcı "Bay Psalm Book" kitabına rekord məbləğ – 14 milyon 165 min dollar ödəməyə razılaşıb. Lotun estimeyti 15-30 milyon dollar həddində müəyyən edilmişdi.

1640-cı ildə Britaniyadan Amerikaya köçmüş sakinlər tərəfindən Amerikanın Kembric şəhərində nəşr edilmiş (Bay Psalm Book) ABŞ-da mətbəə üsulu ilə çap olunmuş ilk kitab sayılır.

Nəşrin özünəməxsusluğu ondan ibarətdir ki, burada ivrit dilində yazılmış mətnlərin hazır variantlarının mövcud olmasına baxmayaraq kolonistlərin özlərinin tərcüməsi verilib.

1638-ci ildə Kembricdə açılmış mətbəədə bu kitabın 1700 nüsxəsi çap edilib. Hazırda onlardan yalnız 11 ədədi qalıb. Hərracda satılmış nüsxə Bostondakı Old-Saut kilsəsinə (Old South Church) məxsus idi.

Kitabda çoxlu mətbəə xətaları və tərcümə qüsurları olmasına baxmayaraq o, ABŞ-ın milli identikliyinin rəmzi kimi müstəsna əhəmiyyət kəsb edir.

İndiyə qədər ən bahalı mətbu nəşr "Amerikanın quşları" kitabı sayılırdı. Çon Ceyms Odübonun illüstrasiyalar çəkdiyi həmin kitab 2010-cu ildə Azərbaycan Respublikasının milyon dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə