ABŞ-da yaşayan 18 yaşlı qızın həyat hekayəsi onu eşidən hər kəsi duyğulandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Leslie Rivera adlı gənc qız bu ilin aprel ayında anemiya xəstəsi olduğunu öyrənib.
Ölümcül xəstəliyə düçar olan Rivera son arzusunun uşaqlıq sevgilisi Daniel Mendezlə evlənmək olduğunu deyib. Bu xəbər qısa zamanda sözügedən ölkənin mediasının gündəminə çevrilərək, hər kəsin marağına səbəb olub. Ölkədə yaşayan insanlar qızın son istəyini yerinə yetirmək və üzünü güldürmək üçün əlindən gələni etməyə hazır olduqlarını deyib. Hətta TV-lərin birində evlilik proqramı aparan məşhur David Tutera da onun arzusunu reallaşdırmaq üçün ən gözəl və romantik toy mərasimi təşkil edəcəyinə söz verib.
Nəhayət, xeyirxah insanların və ölkə mediasının iştirakı ilə gənc yaşda ölümcül xəstəliyə düçar olan Leslie Riveranın arzusu reallaşıb. O, indi özünü çox xoşbəxt hiss etdiyini, bu xəstəliyə sinə gərərək, ölməyəcəyini, ona qalib gələcəyini deyib.
Gənc qız hər kəsin qarşısında amansız xəstəlik ilə mübarizə aparacağına söz verib. " Ən böyük arzuma çatmışam. Hazırda sevdiyim insanın yanında keçirdiyim xoşbəxt dəqiqələri nakam qoymaq istəmirəm. Onu yalnız qoyub, bu dünyanı tərk etmək fikrim yoxdur. Mən bu həyatda daha gözəl günlər yaşayacağam. Bu xəstəlik mənim yenicə qönçələnən ömrümə son qoya bilməyəcək. O mənim yox, mən onun kabusu olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB