Ən qənaətcil super kompyuter yaradılıb

Ən qənaətcil super kompyuter yaradılıb

Tokio Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan "Tsubame-KFC" super kompyuteri bu kateqoriyalı qurğular arasında dünyanın ən qənaətcil super kompyuteri hesab edilir. Bunun üçün super kompyuterin prosessorları hava ilə deyil, xüsusi maye ilə soyudulur.

"Tsubame-KFC" saniyədə 4,5 milyard hesablama apararaq buna yalnız 1 vatt enerji sərf edir. Virciniya Politexnik İnstitutunun mütəxəssisləri uzun müddətdir 500 ən qənaətcil hesablayıcı maşının reytinqinin tərtib olunması ilə məşğul olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə