Uşaqlara və ahıl insanlara qulluq etməyə kömək edən telefon da istehsal edilib
Avstraliyada uşaqlara və ahıl insanlara qulluq etməyə kömək edən "Cloudphone" telefon modeli istehsal olunub.
Model xarici görünüşünə görə peycer və telefon arasında olan qurğunu xatırladır. Qurğunu asanlıqla idarə etmək mümkündür. Bunun üçün səslə komanda vermək kifayət edir. Telefon zənglərlə yanaşı, istifadəçinin harada olmasını və getdiyi marşrutu müəyyənləşdirərək məlumatları qohumların elektron poçtuna və ya mobil qurğusuna göndərir. Bundan başqa, qurğu ailə üzvlərinə himayədə olan şəxsin marşrutdan yayınması zaman onlara zəng və ya bildirişlə xəbər verir.
Eyni zamanda telefon vasitəsilə istifadəçinin fiziki vəziyyətini, müəyyən vaxt ərzində onun neçə addım atmasını, nə qədər məsafə qət etməsini, evdə nə qədər olmasını, kimə və nə vaxt zəng etməsini, həkimin tövsiyələrinə əməl etməsini öyrənmək mümkündür. Qurğunun digər vacib funksiyalarından biri şərti sözlə verilən həyəcan və təhlükə siqnalının çatdırılmasıdır. Belə ki, telefon himayədə olan şəxsin yıxılmasını və ya uzunmüddətli hərəkətsiz qalmasını qeydə alan zaman müstəqil şəkildə ailə üzvlərini və ya xilasetmə xidmətlərini xəbərdar edə bilir.
Qiyməti təxminən 200 dollar təşkil edəcək qurğunun gələn ilin ortalarında satışa çıxarılması gözlənilir.
ər. Bundan əvvəl avro ilə faiz ("Euribor") fırıldaqları işi üzrə Aİ orqanları ilə bu cür sövdələşməyə başqa bir iri bank – Britaniyanın "Barclays" bankı razılıq vermişdi.
Qəzet yazır: "Beləliklə, tənzimləyicilər təhqiqata yekun vurduqdan sonra Avropanın iki nəhəng maliyyə müəssisəsi immunitet əldə edəcək və cəzadan yaxa qurtara biləcək".
Bundan başqa, bankın rəhbərliyindən bildiriblər ki, onlar qismən immunitet barədə artıq Kanada ilə və bu işin araşdırılmasında iştirak edən bir sıra digər ölkələrlə razılığa gəliblər.
Bundan əvvəl hər iki maliyyə müəssisəsi iri məbləğdə cərimələr ödəyib. 2012-ci ildə LIBOR fırıldaqlarına görə İsveçrə bankı bir milyard avrodan çox məbləğdə cərimələnmişdi. "Barclays" isə nisbətən az - təqribən 340 milyon avro cərimə ilə yaxasını qurtarmışdı. İstintaqla əməkdaşlıq sayəsində "Barclays" Avropa "Euribor" dərəcələri ilə eyni hərəkətlərə görə cəzadan yaxa qurtara bilmişdi.
LIBOR və "Euribor" dərəcələrinin süni surətdə artırılması və azaldılması ilə əlaqədar maliyyə təşkilatlarının fəaliyyətinin təhqiqi hələ 2008-ci ildə, kütləvi informasiya vasitələrində bir sıra xəbərlər dərc olunduqdan sonra Amerika maliyyə tənzimləyiciləri tərəfindən başlanıb. Sonradan İsveçrə, Böyük Britaniya və Aİ-nin digər ölkələrindən, habelə Yaponiya və Kanadadan tənzimləyicilər istintaqa qoşulublar.
Onlarca iri bank, o cümlədən "Doyçe bank", "Cey-Pi Morqan", "Eyç-es-bi-si", "Royyal benk of Skotlend", "Kredi Aqrikol", "Sosyete jeneral" və "Rabobank" sövdələşmədə ifşa edilibvə milyonlarla cərimələr ödəyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB