Bank fiqurantlarından danışmaqla fırıldaqlara görə əlavə cərimələrdən yaxasını qurtara bilər
Banklararası kredit dərəcəsi ilə (LIBOR) əlaqədar fırıldaqlara görə bir neçə onillik ərzində misli görünməmiş ən böyük qalmaqalda iştirak etmiş İsveçrənin "UBS" bankı bu işin digər fiqurantlarının eyni fırıldaqlarının üstünü açmaqla əlavə cərimələrdən yaxasını qurtara bilər. Bu barədə "Uoll-strit cornel" qəzeti xəbər verib. Lakin o, mümkün cərimələrin məbləğini göstərməyib.
Nəşrin təhqiqata yaxın mənbələrdən aldığı məlumata görə, isveçrəlilər istintaqla əməkdaşlıq etməyə razılıq veriblər. Bundan əvvəl avro ilə faiz ("Euribor") fırıldaqları işi üzrə Aİ orqanları ilə bu cür sövdələşməyə başqa bir iri bank – Britaniyanın "Barclays" bankı razılıq vermişdi.
Qəzet yazır: "Beləliklə, tənzimləyicilər təhqiqata yekun vurduqdan sonra Avropanın iki nəhəng maliyyə müəssisəsi immunitet əldə edəcək və cəzadan yaxa qurtara biləcək".
Bundan başqa, bankın rəhbərliyindən bildiriblər ki, onlar qismən immunitet barədə artıq Kanada ilə və bu işin araşdırılmasında iştirak edən bir sıra digər ölkələrlə razılığa gəliblər.
Bundan əvvəl hər iki maliyyə müəssisəsi iri məbləğdə cərimələr ödəyib. 2012-ci ildə LIBOR fırıldaqlarına görə İsveçrə bankı bir milyard avrodan çox məbləğdə cərimələnmişdi. "Barclays" isə nisbətən az - təqribən 340 milyon avro cərimə ilə yaxasını qurtarmışdı. İstintaqla əməkdaşlıq sayəsində "Barclays" Avropa "Euribor" dərəcələri ilə eyni hərəkətlərə görə cəzadan yaxa qurtara bilmişdi.
LIBOR və "Euribor" dərəcələrinin süni surətdə artırılması və azaldılması ilə əlaqədar maliyyə təşkilatlarının fəaliyyətinin təhqiqi hələ 2008-ci ildə, kütləvi informasiya vasitələrində bir sıra xəbərlər dərc olunduqdan sonra Amerika maliyyə tənzimləyiciləri tərəfindən başlanıb. Sonradan İsveçrə, Böyük Britaniya və Aİ-nin digər ölkələrindən, habelə Yaponiya və Kanadadan tənzimləyicilər istintaqa qoşulublar.
Onlarca iri bank, o cümlədən "Doyçe bank", "Cey-Pi Morqan", "Eyç-es-bi-si", "Royyal benk of Skotlend", "Kredi Aqrikol", "Sosyete jeneral" və "Rabobank" sövdələşmədə ifşa edilibvə milyonlarla cərimələr ödəyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB