Hindistanın "Jet Airways" aviasiya şirkətinə məxsus olan təyyarənin tualetindən dəyəri 1 milyon dollardan çox olan 24 ədəd yiyəsiz qızıl külçə tapılıb.
Bu barədə təyyarənin yerə endiyi Kəlküttə aeroportunun nümayəndəsi məlumat verib: "Külçələrlə dolu iki çanta təyyarənin adəti üzrə təmizləndiyi vaxt aşkar edilib".
Həmçinin bildirilib ki, qiymətli yükünü təyyarədə qoyub getmiş sərnişin axtarışdadır.
Hindistan gömrük xidmətinin məlumatına görə, bu il hökumət qızıl idxalı üzərində gömrük haqqını üç dəfə artırdıqdan sonra ölkədə bu qiymətli metalın qaçaqmalçılığı kəskin surətdə artıb.
Hindistanda və Çində bu metala böyük tələbat var.
Ümumdünya Qızıl Şurasının keçən həftə açıqlanmış məruzəsinə görə, ilin əvvəlindən indiyədək Hindistan dünya bazarından təqribən 715 ton, ÇXR isə 780 ton qiymətli metal alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB