Böyük Britaniyada "Mançester Yunayted" futbol klubunun məşhur məşqçisi Aleks Fergüsonun tərcümeyi-halı çapdan çıxıb. Kitab dərhal "satışda liderə" və memuarlarda 45 faktoloji səhv tapmış tələbkar oxucuların tənqid obyektinə çevrilib.
Məsələn, oxucular qeyd edirlər ki, kitabda deyildiyinə görə, komandanın yarımmüdafiəçisi Rayan Giqqz klubun heyətində ilk oyununa 16 yaşında başlayıb, halbuki həmin vaxt onun 17 yaşı tamam olmuşdu.
Bundan başqa, Fergüson ona kardiotənzimləyicinin qoyulduğu tarixi qarışdırıb. Əslində prosedur 2004-cü ilin martında həyata keçirilib, lakin məşqçi bildirir ki, onun üzərində bu əməliyyat 2000-ci ildə aparılıb.
Nəşriyyatın nümayəndələri təsdiq edirlər ki, onlar Fergüsonun kitabından narazı qalan hər bir oxucunun pulunu geri qaytarmağa hazırdırlar.
2013-cü ilin mayında Fergüson 27 il baş məşqçisi olduğu "Mançester Yunayted"dən getdiyini elan edib. Məşqçi bu klubu "MY" 13-cü dəfə Premyer-liqada qalib gəldikdən sonra tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB