Dubayın hakimiyyət orqanları verdikləri vədi yerinə yetirmişlər: artıq çəkiyə qarşı mübarizə proqramında iştirak edən vətəndaşlara mükafatlar verməyə başlayıblar. Proqram kök adamları qızılın köməyi ilə arıqlamağa sövq etmək məqsədi daşıyır.
Müsabiqə əhali arasında ajiotaj yaratmışdır: təqribən 10 min adam müsabiqədə iştirak etmək qərarına gəlib. Doğrudur, 3 mindən bir qədər çox adam finala qədər davam gətirə bilib.
Müsabiqə başa çatandan sonra daha çox arıqlayan adamlara qızıl külçələri paylamağa başlayıblar. Hər biri 20 kiloqram arıqlayan beş marafon iştirakçısı daha çox fərqlənib.
Yerli "The National" nəşrinin yazdığına görə, Dubayın hakimiyyət orqanları təqribən 16,9 kiloqram qızıl paylayıblar. Müsabiqəni hər il keçirmək qərarına gələn təşkilatçılar vəd ediblər ki, gələn dəfə mükafatlar daha qiymətli olacaq.
Bələdiyyə orqanlarının ictimaiyyətlə əlaqələr xidmətinin nümayəndəsi Əhməd Əl-Mərri bildirib ki, müsabiqə iştirakçılarını şirnikləndirən əsas səbəb, heç şübhəsiz, qızıl olub: "Sağlam olmaq üçün heç kəs elə-belə səy göstərmir. Ona görə də biz insanları öz sağlamlıqlarının qayğısına qalmağa necə vadar etmək barədə düşündük. Belə qərara gəldik ki, insanlara mükafat vəd etmək lazımdır. İştirakçıların bir çoxu ilk növbədə qızıl barədə, yalnız bundan sonra öz bədənləri üçün nə edə biləcəkləri barədə düşünürdülər".
Proqram iştirakçıları nəyi rəhbər tuturlarsa-tutsunlar, nəticə uğurlu olub. Bu müddət ərzində 29 adam 15 kiloqram arıqlamış, beş adam 20 kiloqramdan çox artıq çəkidən azad olub. Müsabiqə iştirakçılarından biri 26 kiloqram arıqlayıb.
Təşkilatçılar da bildirirlər ki, insanları müsabiqədə iştiraka sövq edən səbəblər iştirak faktının özü ilə müqayisədə bir o qədər də əhəmiyyətli deyildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB