Cenevrədə, "Sotheby´s" hərracında "Çəhrayı ulduz" adlı nadir brilyant satılıb. 83 milyon dollardan bir qədər artıq qiymətə satılan "Çəhrayı ulduz" dünyada ən bahalı brilyant olub.
Daşın yeni sahibi, Nyu-yorklu almaz cilalayıcısı brilyantın adını dərhal dəyişərək onu "Brilyant arzu" adlandırıb. Çəkisi 59,60 karat olan çəhrayı rəngli brilyant uğrunda cəmi 4 namizəd mübarizə aparıb.
"Sotheby´s" hərrac evinin nümayəndəsi Devid Benet demişdir: "Çəhrayı, mavi və yaşıl brilyantlar bütün qiymətli daşlar arasında ən nadir daşlar sayılır. Daşların qiyməti onların nadirlik dərəcəsinə uyğun gəlir".
"Çəhrayı ulduz"un cilalandığı almazı 1999-cu ildə Afrikada "De Birs" şirkəti hasil edib.
Almazın cilalanması iki il çəkib. Sonra bu qiymətli daş planetimizin ən nadir brilyantları ekspozisiyasında nümayiş etdirilib.
Bu barədə məlumatı "euronews" telekanalı yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB