İlk dəfə fotoşəklin simsiz ötürülməsi 1924-cü ildə olub TƏƏCCÜBLÜ

İlk dəfə fotoşəklin simsiz ötürülməsi 1924-cü ildə olub TƏƏCCÜBLÜ

Dünyada ilk dəfə 1924-cü ildə fotoşəkilin transatlantik simsiz əlaqə ilə ötürülməsi baş tutub. Belə ki, Nyu-Yorkdan Londona "xətsiz faksmil" vasitəsi ilə Riçard Rencer prezident Con Kelvin Kulcinin fotoşəkilini 6 dəqiqəyə göndərib. Fotoşəkildə Amerika prezidenti, Britaniyanın rəsmi şəxsləri, o cümlədən Kembricdə yarışda qalib gələn Oksfordlu velosipedçilər komandasının üzvləri əks olunub.

Fotoşəkilin transatlantik simsiz əlaqə ilə ötürülməsini həyata keçirən "Radio Corporation of America"-nın əməkdaşı Riçard Rencer, mahiyyət etibarı ilə yeni heç nə icad etməyib. O, 1902-ci ildə ilk dəfə fotoelektrik faks-sistemini, 1922-ci ildə isə radio siqnallar əsasında işləyən sistemləri nümayiş etdirən almaniyalı Artur Kornun yazılarından istifadə edib və məqsədinə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə