“Diyeqonun böyük başı” büstü 50 milyon dollara satılıb

“Diyeqonun böyük başı” büstü 50 milyon dollara satılıb

Alberto Cakomettinin "Diyeqonun böyük başı" bürünc büstü Nyu-Yorkdakı "Sotheby’s" hərrac evində 50 milyon dollara satılıb.

1955-ci ildə tökülmüş heykəl rəssam Diyeqonun qardaşının təsviridir. Məlumdur ki, o, A.Cakomettinin sevimli canlı modeli olub.

Lotun ilkin qiyməti təxminən 50 milyon dollar təşkil edib.

Satışların daha bir favoriti – Pablo Pikassonun "Qadın başı" əsəri 39,9 milyon dollara satılıb.

Futurizmin banilərindən biri Cakomo Ballın "Hərəkətdə olan avtomobil" əsəri də kolleksiyaçıların diqqətini cəlb edib. Bu sənət əsəri 11,5 milyon dollara satılıb.

Tablonun ilkin qiyməti 12-18 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə