"Aldebaran Robotics" şirkəti tərəfindən hazırlanan insanabənzər "NAO" robotu indi "Nuance Communication" şirkətinin nitqin tanınması "bulud" sisteminə qoşula bilir. Bu, robota ona edilən müraciətləri başa düşməyə və indiyədək danışdığı 8 dilin sayını 19-a çatdırmağa imkan verir.
Konfiqurasiyasından asılı olaraq qiyməti 4-16 min dollar civarında olacaq robotların gələn ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Lakin "NAO"-nu yalnız təhsil və tədqiqat müəssisələri ala biləcək.
Boyu təxminən 58 santimetr olan "NAO" robotu müxtəlif yerlərdə gəzə, insan sifətlərini və obyektləri tanıya, eləcə də onların yerdəyişməsini izləyə, emosiyalar ifadə edə və toxunuşa reaksiya verə bilir. Bundan başqa, robot yıxılan zaman əlləri üstdə qalxa da bilir. Robot 2 videokamera, 4 mikrofon, 1 ultrasəsli məsafəölçən, 2 infraqırmızı qəbuledici və şüalandırıcı və digər cihazlarla təchiz olunub.
"NAO" 1,6 giqahers takt tezlikli "Intel Atom" prosessoru və "Linux" əməliyyat sistemi ilə işləyir. Şirkət robotun proqramlaşdırılması üçün vəsaitlər dəsti təklif edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB