Dünya milyarderlərinin istirahət üçün üstünlük verdikləri məkanlar
Fransanın "Lavieimmo" xəbər portalı dünya milyarderlərinin istirahətə üstünlük verdikləri 10 məkanın siyahısını dərc edib.
Portal dünyada 60-dan artıq cənnət-məkan olduğu barədə məlumat verib, ən varlı adamların həm yaşamaq, həm də istirahət üçün seçim etdikləri yerlər diqqətə çatdırıb.
Siyahıda birinci yerdə Fransanın ləl-cavahirat sahili kimi məşhur olan Kot d"Azur məkanı gəlir. İkinci yeri İtaliyanın Sardinya regionundakı Kot d"Emerand tutur. Üçüncü və dördüncü yerləri Fransanın dəniz sahilindəki Sen-Bart və ABŞ-ın Aspen bölgələri bölüşürlər. Sonrakı yerlərdə Monako (Monako), La Barbad (Barbad), San Moritz (İsveçrə), Les Seyşelles (Seyşelles), Les Maldives (Maldivies), Kom gölü (İtaliya) gəlir.
Məlumatda bildirilir ki, bu cənnət-məkanlarda mənzilin bir kvadratmetri üçün 60 min avro ödəmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB