OĞLAQLAR bu həftə güclərini düzgün hesablasalar bütün problemlərini asanlıqla həll edəcəklər. Sakit və nəzakətli olun, vəzifədə sizdən böyük olan adamlar ilə münaqişəyə girməyin. Onda bütün mübahisələrə asanlıqla xitam verə bilərsiniz.
DOLÇALAR böyük əhəmiyyət daşıyan işlərdə səhvə yol verməmək üçün bütün təklifləri xüsusi diqqətlə saf-çürük etməlidirlər. Yaxşı olar, yaranmış vəziyyəti qohumlarınızla müzakirə edib, onların məsləhətlərini dinləyəsiniz. Professional həyatınız qərarlarınızın nə dərəcədə düşünülmüş olmasından asılıdır.
BALIQLARA bu həftə planlarını həyata keçirmək üçün rəhbərliyin dəstəyinə və himayəsinə bel bağlaya bilərlər. Qarşınızda gözəl imkanlar açılır. Bu fürsəti əldən verməyin və vaxtı çatmış problemlərinizi həll etməyə başlayın.
QOÇLAR insanlarla münasibətlərinin gərginləşdiyini hiss edəcəklər Lazımsız münaqişələr ovqatınızı təlx edəcəkdir. Əslində isə bütün bunlar qaradinməz, adamayovuşmaz olmağınızın nəticəsidir. Yaxşı olar, təkcə özünüzü deyil, başqalarını da dinləməyi öyrənəsiniz. Başqalarının fikirlərinə hörmətlə yanaşmalısınız.
BUĞALAR başqalarının yükünü daşımağa çalışmamalıdırlar. Vəziyyət elə gətirə bilər ki, yardımınıza görə minnətdarlıq əvəzinə tənqid və irad eşidərsiniz. Sizi ən çox tənqid edən adam isə bu işə görə birbaşa məsuliyyət daşıyan adam olacaqdır. əvvəlcədən kimə etibar olunubsa həmin adam hər şeydə sizi günahlandıracaq.
ƏKİZLƏR həyatlarının vacib mərhələsini yaşayırlar. Sizin həqiqətən çox əhəmiyyətli işləri görmək üçün yeni yollar axtarmalısınız. Bu həftə həmbürclərinizin hamısı üçün çox uğurlu olmalıdır. Ələlxüsus, özlərinə yeni iş yerləri tapanlar üçün. Yeni iş yerində ilk günlər son dərəcə əhəmiyyətlidir. Qurduğunuz əlaqələr və əldə etdiyiniz təcrübə bütün gələcək fəaliyyətinizə kömək edəcəkdir.
XƏRÇƏNGLƏR sevdikləri insanlarla bütün narazılıqlarını geridə qoymalıdırlar. Əvvəlki umu-küsüləri unudun. Bu həftə gözlənilməz hadisələrlə bol olacaqdır. Uzun illər görmədiyiniz köhnə dostla qarşılaşa bilərsiniz.
ŞİRLƏRİN karyeraları sürətlə inkişaf edəcəkdir. Yeni əlaqələr və tanışlıqlar sayəsində ya karyera yüksəlişinə nail olacaq, ya da çoxlu pul qazanacaqsınız. Bu bürcün nümayəndələri özləri üçün bir çox mühüm məsələləri uğurla həll edəcəklər. Bir şərtlə ki, müstəqil hərəkət edəsiniz. Siz hər bir işin öhdəsindən təkbaşına gəlmək iqtidarındasınız.
QIZLAR bütün işlərində müsbət nəticələrə nail olacaqlar. Cazibədarlığınız və insanlarla ümumi dil tapa bilmək bacarığınız sayəsində dəfələrlə diqqət mərkəzində olacaqsınız. Ailəvi bayramlar həm sizə, həm də yaxınlarınıza bol sevinc bəxş edəcəkdir.
TƏRƏZİLƏR vurnuxmamalıdırlar. Unutmayın ki, tələsən təndirə düşə bilər. Qərarlarınızı dostlarınızla müzakirə etməyin. Sizi çaşdıra bilərlər. Bütün problemlərinizi yaxınlarınızla müzakirə edin. Vaxtınızı boş yerə sərf etməyin. Onda bütün planlarınızı vaxtında həyata keçirəcəksiniz.
ƏQRƏBLƏR bu həftə əlçatmaz işlərini başa çatdırmalıdırlar. Son günlər işdə müşahidə olunan nisbi sakitlik "qasırğa" ilə əvəzlənəcəkdir. İstirahəti uzun müddət yaddan çıxarmalı olacaqsınız. Amma belə iş ritmi sizin üçün faydalı olacaqdır.
OXATANLAR bu həftə özlərini ailələrinə həsr edəcəklər. Bu həftə qohumlarla görüşəcək, müxtəlif ailə şənlikləri təşkil edəcək, dost məclislərində iştirak edəcəksiniz. Həftə rəhbərliklə dil tapmaq üçün də əlverişli olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə