Yaponiyada qeyri-adi almalar...

Yaponiyanın şimalında yerləşən Aomori prefekturasının Xirosaki şəhərində qeyri-adi məhsul – üzərində tanınmış adamların portretləri olan alma yığıblar.

Yerli kütləvi informasiya vasitələri xəbər verir ki, 22 təsvirli 1200-dən çox meyvə toplanıb.

Onların arasında yapon ksiloqrafiya ustalarından biri olan Katsusik Xokusayın "Mona Liza" qravürası, Yaponiyanın baş naziri Sindzo Abenin, Fransa prezidenti Fransua Ollandın portretləri var.

Alma təsərrüfatı sahibinin sözlərinə görə, prezidentə bir neçə meyvə hədiyyə veriləcək.

"Alma sənəti" əsərlərinin yetişdirilməsi texnikası sadədir.

Meyvələrə üzərində istənilən rəsmin olduğu, günəş işığını keçirməyən xüsusi tünd etiketlər meyvələrə yapışdırılır.

Yetişmə prosesində almanın açıq səthi qırmızı, bağlı səthi isə sarı rəng alır.

Beləliklə, etiketdən asılı olaraq qırmızı fonda sarı və ya əks rəngli portretlər əldə etmək olar.

Xirosaki öz alma təsərrüfatları ilə bütün Yaponiyada şöhrət qazanıb.

Şəhərin rəmzlərindən biri alma ağacıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə