ABŞ-ın Florida ştatının APOPKA bölgəsində yerləşən Walmart alış-veriş mərkəzinə timsah girib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin avtomatik giriş-çıxış qapılarının davamlı açılıb bağlandığını hiss edən vəzifəlilər, mövcud vəziyyəti araşdırmaq üçün mərkəzin ətrafında axtarış aparıblar. Bu zaman onlar 2 metr uzunluğunda timsahla qarşılaşıblar. Vəziyyəti heyrət içində izləyən nəzarətçilər hadisə yerinə dərhal polis çağıraraq, giriş-çıxış qapılarını bağlamağı qərara alıblar.
Hadisə zamanı ən diqəət çəkən məqam isə ticarət mərkəzində olan insanlarn qorxmadan sözügedən timsahla fotoşəkil çəkdirmək istəyi olub.
Qeyd edək ki, qısa müddətdən sonra timsah yaxınlıqdakı meşəlik sahəyə girərək, gözdən itib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB