Qarışıq və mürəkkəb gündür QOROSKOP

Qarışıq və mürəkkəb gündür QOROSKOP
Qoç - Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Qətiyyətli olun, kiçik problemlər sizdə sarsıntılar yaratmasın. Başqalarının öhdəsindən gələ bilmədikləri problemi çözə bilərsiniz. Ətrafınızdakı insanların dalan saydıqları situasiyadan çıxış yolu tapın. Sövdələşmə, anlaşma, razılaşma üçün əlverişli gündür. Gəlirlər istisna deyil. İşgüzar müstəvi ilə yanaşı, şəxsi münasibətlər sahəsində də problemlər çözüləcək. Bunun üçün intuisiyanızdan yararlanın. Yeni tanışlıqlar qarşınızda yeni perspektivlər yaradır. Planlarınızı reallaşdırmaq üçün gərəkli insanı günün ikinci yarısında tapa bilərsiniz.
Buğa - Çox uğurlu gündür. Yaradıcı yanaşma tələb edən məsələlərin öhdəsindən çətinlik çəkmədən gəlirsiniz. Yaxşı perspektivlər vəd edən yeni tanışlıq olacaq. Məşğul olduğunuz iş də sizdə ciddi maraq yaradacaq. Çətin situasiyada bel bağlaya biləcəyiniz müttəfiq və tərəfdaş var. Əvvəllər başladığınız işi və ya layihəni bitirin, yarımçıq qoymayın. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi səbatlı, möhkəm edin. Yaşam potensialı səviyyəsi yüksəkdir. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - İstənilən ev işi üçün əla zamandır. Yaşam arealında yerdəyişmələr etmək, təmirə başlamaq olar. Mebel, interyer əşyaları, qab-qacaq, evinizi daha rahat və xudmani edə biləcək istənilən predmeti almaq olar. Axşam saatları dostlarla görüş üçün əlverişlidir. Dəvət aldığınız tədbir isə yeni tanışlıqlar və emosiyalar vəd edir. İntuisiyanın verdiyi siqnallar dəqiqdir. Həmin siqnallara riayət etsəniz, qarşınıza qoyduğunuz məqsədə çatmaq, çoxdankı planı reallaşdırmaq, yaxınlarınızla münasibətləri daha rəvan etmək şansınız var. Bir zamanlar həyatınızda önəmli yer tutmuş insanla münasibətləri bərpa edə bilərsiniz.
Xərçəng - Önəmli saydığınız işlərə xüsusi diqqət ayırın, sərrast davranın. Sizi işlərinizdən ayırmağa, hətta aşkar şəkildə başqa işlərlə məşğul olmağa vadar etməyə çalışacaqlar. Təzyiqlərə müqavimət göstərin, təsirlərə uymayın. Etibar etdiyiniz insanlar sizinlə manipulyasiya etməyə çalışacaqlar. Günün ikinci yarısında bəzi işlərdə uğurlar istisna deyil. Bir qədər sonra yaşam potensialı səviyyəsi aşağı düşəcək, yorulduğunuzu hiss edəcəksiniz. Axşam saatlarını sakit və rahat ortamda keçirmək məsləhətdir. Ev işləri ilə məşğul ola bilərsiniz. Sentimental olmayın, hisslərin əsarətinə qapılmayın.
Şir - Ünsiyyət və təmaslar üçün ən uğurlu gün deyil. Yaxınlarınızın sizə yetərincə dəyər vermədiyini, heç bir əsas olmadan tənqid etdiklərini düşünə bilərsiniz. Uğur və nailiyyətlərinizin bilərəkdən gözardı edildiyini fikirləşməyin. Ətrafınızdakı insanların da sizə iradları var. Onlar iradları səsləndirəndə münaqişəyə rəvac verməyin. Ailə ilə bağlı mühüm məsələlərin, işdə ciddi problemlərin həlli üçün əlverişli vaxt deyil. İstənilən tədbirdə təmkinli olun. Ətrafınızdakı insanları orijinallığınızla təəccübləndirməyə, heyrətləndirməyə çalışmayın. Ekstravaqant addımlarla qərarların vaxtı hələ çatmayıb.
Qız - Yaradıcılıq potensialının yüksək səviyyədə olduğu gündür. Bacarıq, bilik, məlumatlarınız və zəhmətkeşliyinizlə yaxın ətrafınızdakı insanları təəccübləndirəcəksiniz. Tamamilə yeni fəaliyyət sahəsində əhəmiyyətli irəliləyişlərə nail olaraq mürəkkəb işləri sona çatdıra bilərsiniz. Tədqiqat və axtarışlarda gözlədiyiniz nəticəyə nail olacaqsınız. Yeni informasiyanın əxz edilməsi, faydalı məlumatların və bacarıqların əldə edilməsi ilə bağlı heç bir problem yoxdur. Dostlarla görüşlər yaxşı keçir. Rəsmi tədbirlər cansıxıcı olsa da, faydalıdır. Belə tədbirdə faydalı tanışlıq olacaq. Yaxşı gəlir əldə edə bilərsiniz. Sevdiyiniz insana hədiyyə verin.
Tərəzi - Yaxın gələcəklə bağlı planları reallaşdırmağa başlayın. O planları əlahiddə çətinlik çəkmədən həyata keçirə bilərsiniz. İşgüzar səfər uğur vəd edir: səfərdə faydalı əlaqələr yaradacaqsınız. Çoxsaylı ezamiyyətlər, habelə əcnəbilərlə əlaqələri nəzərdə tutan işlə bağlı təklif ala bilərsiniz. Yaxınlarınıza yardım edin. Önəm verdiyiniz insanların yaşamlarında aktiv iştirak edin, amma eqoist və təşəxxüslü davranmayın. Maliyyə məsələlərini həll etmək olar. Hesablamalarda səhv etməyin.
Əqrəb - İşgüzar fəallıq yüksək səviyyədədir. Daha məhsuldar çalışın, işinizdən həzz alın. Tərəfdaşla birgə fəaliyyətdə aktiv olun. İşgüzar müstəvi ilə yanaşı, şəxsi münasibətlər sahəsində də təşəbbüskar olun. Həmfikir tapmaq çətin deyil. Bir zamanlar kömək etdiyiniz insanlar indi sizə dəstək verəcəklər. Günün ikinci yarısı yeni işlərə başlamaq üçün uğurlu vaxtdır. Gəlir vəd etməyən işlərə qatılmayın. Gəlir isə təxminlədiyiniz məbləğdən də artıq olar. Əldə edilən məbləği məntiqlə, qənaətlə xərcləyin.
Oxatan- Qarışıq və mürəkkəb gündür. Olayların çoxu istədiyiniz kimi deyil, hadisələr gözlənilən məcrada inkişaf etmir. İşdə həmkarlarınızla fikir ayrılığı diqqəti qarşınıza qoyduğunuz məqsədə yönəltməyinizə mane olur. Ciddi maliyyə itkisi riski var. Diqqətli, soyuqqanlı olun. Əks təqdirdə planlaşdırdığınız işlərin yarısını da görə bilməyəcəksiniz. Yardıma və ya köməyə bel bağlayın. Müstəqil çalışmaq gərəkdir. Günün ikinci yarısında emosiyalara uymayın, yeni tanışlığı ön plana çıxarmayın. Həmin adam sizə əsla uyğun deyil. Qarışıq, dolaşıq, heç bir perspektivi olmayan münasibətlər girdabına düşmək istəmirsinizsə, sayıq olun.

Oğlaq - Uğursuz gündür. Həddən ziyadə usandığınızı hiss edə bilərsiniz. Çalışmaq məcburiyyətinizdə qaldığınız iş sizə çox mənasız və darıxdırıcı təsir bağışlaya bilər. Amma o işi nə təxirə salmaq, nə də başqasına tapşırmaq mümkündür. Yaxın ətrafınızdakı insanlardan biri ilə mübahisə çox kiçik məsələyə görə yarana bilər. Birgə alış-verişdə mübahisə istisna deyil. Yaşlı qohumlarla münasibətlərdə çox diqqətli olun. Özünüzə həddən ziyadə güvənməyin. Eqoizm və təşəxxüsünüz sonradan öhdəsindən gələ bilməyəcəyiniz işlərə razılaşmağınızın səbəbidir. Yaxınlarınızın təklif etdiyi yardımlardan boyun qaçırmayın. Qətiyyətli və inadkar olun.
Dolça - Görüləsi işlər çoxdur. Onları yerbəyir edin, ilk növbədə, təxirəsalınmadan görüləsi işləri müəyyənləşdirin və çalışmağa başlayın. Dostlar və müttəfiqlərin yardımlarından imtina etməyin. Onlar sizin dəstək çağırışınıza mənfi cavab verməyəcəklər. İşdə kiçik fikir ayrılıqları olsa da, onlar sizin məhsuldar çalışmağınıza mane olmayacaq. Günün ikinci yarısında gəlir istisna deyil. Əldə edilən pulu yaşam arealınızda yeniliklərə, interyer əşyaları və ya məişət texnikasının alınmasına sərf edin. Uzaq səfərlərə yollanmayın. Belə səyahət o qədər də uğurlu olmayacaq.
Balıqlar - Ətrafınızda baş verən hadisələrlə maraqlanın. Hətta sizə birbaşa dəxli olmayan məsələlərin həllində aktiv iştirak edin. Addımlarınız və qərarlarınız ətrafınızdakı insanlara dayanıqsız, düşünülməmiş təsir bağışlaya bilər. Amma siz nə və niyə etdiyinizi yaxşı bilirsiniz. Bütün bunları tərəfdaşlarınıza, müttəfiqlərinizə anlatmağa tənbəllik etməyin. Belə olarsa, münaqişə və ya mübahisələrin qarşısını ala bilərsiniz. Bədxərclik etməyin, pulu qənaətlə sərf edin. Sərfəli yatırımlar, uğurlu alış-veriş istisna deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə