Dünyanın ən varlı dilənçisi MARAQLI

Varlı dilənçisi xeyirxahlıqla məşğul olur
Dünyanın ən varlı dilənçisi MARAQLI

Dünyanın ən varlı dilənçisi Pakistanda yaşayır. Türkiyə mətbuatının verdiyi məlumata görə, Abdul Sattar adlı dilənçi 25 özəl xəstəxana, 1800 ambulans maşını və 355 yardım mərkəzinə sahibdir. 85 yaşlı Abdul hələ də acından ölən anasını və çəkdiyi zülmləri unuda bilmir. O, diləndiyi pulları toplayaraq tibb mərkəzləri açıb və yoxsullara yardım edir.Varlı olmasına baxmayaraq Abdul hələ də küçədə dilənməkdən utanmır.

Qeyd edək ki, Abdul dilənərək qəpik-qəpik yığdığı pulları toplayıb və ilk dəfə1951-ci ildən kiçik poliklinika açıb. Yığdığı pullarla dərmanlar alıb, onları öz qiymətinə satıb. Xəstəxanalarında isə kasıblara təmənnasız xidmət göstərilir. Onun bu xeyirxah əməli hər kəsin marağına səbəb olub. Bu üzdən ona verilən pulların miqdarı da artıb. Xayirxah insanlar Abdul diləndiyi küçəyə gələrək, ona pullar verir. Onun şöhrəti qonşu şəhərlərə yayıldıqca, onu ziyarətə gələnlərin sayı da hər gün artır. Abdul həmçinin yetimlərin küçədən yığışdırılması üçün kimsəsizlər evi açıb. O, bütün dinə etiqad edənlərə yardım edir.

Yoxsul bir adam olsam da, məndən çox pula ehtiyacı olanalr var", - deyə Abdul Sattar öz addımını belə izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə