Həbsxana ya otel? MARAQLI

Bu həbsxanada reabilitasiya mərkəzi, musiqi studiyaları, sosial sahədə çalışmaq və idman etmək üçün bir insana lazım olacaq hər bir şərait yaradılıb. SİA xəbər verir ki, imkanları ilə digər həbsxanalardan fərqlənən Haldan həbsxanasında duş, mətbəx və plazma televizorlarla təmin olunan məhkumlar azadlıqdan məhrum olunsalar da, evlərindəki rahatlığa yaxın imkanlara sahibdirlər.

Bu həbsxana Norveçdə 2010-cu ildə inşa olunub. Ölkə ərazisində ən yüksək təhlükəsizliyin təmin olunduğu yerlərdən biri olan Haldan həbsxanası təxminən 250 məhkuma "ev sahibliyi" edir. Həbsxananın ərazisində qoruq yaradılıb və məhkumlar burada istədikləri vaxt gəzə bilirlər. Məhkumların kameraları TV-lərlə yanaşı soyuducu və digər texniki avadanlıqlarla təmin olunub. Həbsxana məhkumlarının yaşayış şəraitinin təmin olunması üçün adam başına bir il ərzində Norveç hökuməti 185 min dollar xərcləyir. Məhkumların idman zalından gün ərzində 1,5 saat istifadə etmək hüququ var.

Bundan başqa həbsxana ərazisində yaradılan iş yerlərində çalışaraq saatda 9 dollar qazanan məhkumlar daha sonra qazandıqları məvaciblə həbsxana daxilindəki marketlərdən alış-veriş edə bilərlər. Məhkumlar axşam 08:30-dan səhər 07:30-a qədər kameralarda olmalıdırlar. Həmçinin onlar istədikləri vaxt ortaq istifadə etdikləri mətbəxdə yemək hazırlamaq imkanına sahibdirlər.

Məhkumlar ailələri ilə həftədə 3 dəfə görüşə, ziyarətə gələnlərlə həbsxanadan kənarda yerləşən iki otaqlı evlərdə bir gün yaşaya bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə