Sevdiyiniz insanla ilə eyni fikirdə olmaya və hərdən aranızda fikir ayrılığı yaşaya bilərsiniz. Lakin " "O" insanı tapmışam" - deyə düşünürsünüzsə, onda aşağıdakı 10 suala cavab verin. Əgər cavabınız "bəli" olarsa, deməli, siz ideal sevgilisiniz!
1. Sevgilinizin işi-gücü başından aşsa da, sizinlə əlindən gəldiyi qədər maraqlanır və gün ərzində səsinizi eşitmək istəyirsə;
2. Yanınızda olanda sizdən başqasına baxmırsa, ətrafdakıları vecinə almırsa;
3. Səhər yuxudan oyananda işə gecikmisinizsə, sizi işə çatdırmağa çalışırsa, hətta özü geciksə də;
4. Dəvət edildiyi yerlərə sizsiz getmək istəmirsə...
5. Xüsusi əşyalarını qarışdıranda sizdən gizlədəcəyi heç nəyi olmadığı deyir və gülüb keçirsə;
6. Sizin istəklərinizi və xahişlərinizi tez yerinə yetirirsə;
7. Hazırladığınız yeməyin duzu çox olsa belə, xətrinizə dəymir və yeməli olduğunu deyirsə;
8. İkiniz üçün hazırladığınız tətil planlarını müsbət qarşılayırsa;
9. Xüsusi günləri heç vaxt yadında çıxarmır və hədiyyəsini əskik etmirsə;
10. Nəhayət, tanınmış qadınlar qədər gözəl və cazibədar olduğunuzu düşünürsə?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB