Amerika Konqresində məşhur "Ohayo" saatı ABŞ-dakı büdcə-maliyyə böhranının qurbanlarından biri olub. Məlum olub ki, onun əqrəbləri dayanıb və qədim mexanizmi işə salan yoxdur.
Adətən bu işi görən senat ofisinin əməkdaşları minlərlə digər dövlət qulluqçusu ilə birlikdə ödənişsiz məzuniyyətə çıxıblar.
Amerika senatorları öz mətbuat konfranslarını ənənəyə görə "Ohayo" saatının yanında keçirdiklərinə görə hündürlüyü üç metr olan bu saat Vaşinqtonda çox məşhurdur. O, dəhlizdə, Konqresin yuxarı palatasının zalına giriş qapılarından birinin yanında qoyulub.
Bu saatı qanunvericilərin sifarişi ilə təqribən iki yüz il əvvəl Filadelfiyadan olan saat ustası Tomas Boyt yaradıb. Saat əvvəlcə senatın köhnə binasında qoyulmuş, 1859-cu ildə isə indiki yerinə gətirilib.
Konqreslə bağlı əfsanələrdən birində deyilir ki, "sərt qanun" illərində senatorlar çox vaxt spirtli içki şüşələrini saatın korpusunda gizlədirdilər.
ABŞ-ın rəmzi – bürünc qartal ilə bəzədilmiş bu zəngli saata nə üçün Amerika ştatlarından birinin adının verildiyini isə heç kəs bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB