Ankarada Sakarya meydanında "Qucaqlamaq 1 Tl...", "Dərd unudulur... əlbəttə ki, 1 Tl" afişaları ilə iki gənc qız hamını şoka salıb. Türkiyə mətbuatının verdiyi məlumata əsasən, qısa müddət ərzində gənc qızların ətrafına toplaşan adamların arasından 1 Tl uzadıb qucaqlamaq istiyənlər də olub. Bəzi insanlar isə çox sərt reaksiya göstəriblər. Yaşlı bir qadın qızlara yaxınlaşaraq "niyə belə edirsiniz? Pula ehtiyacınız varsa, gedin iş axtarın. Ən azından xadiməçi işi tapacaqsınız. Bu cür hərəkət sizə yaraşmır", - deyə çox sərt münasibət göstərib. Qızlar isə "Pul qazanırıq. Nə var ki bunda?", - deyərən qadının cavabını veriblər.
Ətrafdakı adamların sayının artdığını, bəzi kişilərin onların qucaqlamaq istədiyi görən qızlar çarəni meydandan qaçaraq uzaqlaşmaqda görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB