Təəccüblüdür MARAQLI

İnsanları ən çox təəccübləndirən faktlar:

1. Braziliyada - gözəllər ölkəsində modellərin sayı ordudakı əsgərlərin sayından çoxdur;

2. Dünyada hər gün dünya əhalisinin yeddidə biri – 800 milyon insan ac qalır.

3. 150-dən çox ölkədə insanların hər an işgəncəyə məruz qalmaq qorxusu var.

4. Dünyanın üçdə biri aktiv müharibə şəraitində yaşayır.

5. İntihar nəticəsində ölənlərin sayı, müharibə və davalarda ölənlərin sayını keçib.

6. Ən sadə həyat tərzi keçirən ingilis belə gündə 300 dəfə kameraya düşür.

7. Dünya əhalisinin 27 milyonu quldur.

8. Qərbə hər il 120 min qadın və gənc qız müxtəlif məqsədlər üçün satılır.

9. ABŞ-ın BMT-yə 1 milyard dollar borcu var.

10. Rusiyada hər il 12 min qadın ailədaxili şiddət nəticəsində dünyasını dəyişir.

11. İngiltərə super marketləri müştəriləri haqqında dövlətdən daha çox məlumatlıdır.

12. Çin qadınlarının 44 milyonu itkindir və axtarışdadır.

13. Dünyanın 70 ölkəsində homoseksual evlilik qadağandır, 9-da isə bu ölümlə cəzalandırılır.

14. Qurudakı minalar hər saatda bir insanın ölümünə səbəb olur.

15. Dünyanın ən çox qazanan idmançısı, qolfçu Tiqer Vudsdur – ildə 78 milyon dollar

16. Dünyada hər bir dəqiqədə iki insan avtoqəzalar nəticəsində ölür.

17. Qeyri-qanuni narkotik bazarında 400 milyard dollar pul dövriyyə edir.

18. Amerikadan qaradərili kişilərin həbs edilməsi riski ağlarla müqayisədə 33% çoxdur

19. Neft mənbələrinin 2040-cı ildə tükənəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə