Almaniyanın aşağı Saksoniya əyalətinin Braunschweig şəhərində yeni evlənən və bal ayına çıxan cütlüyün başına maraqlı bir hadisə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ər Bad Hersfeld benzindoldurma stansiyasında həyat yoldaşı Mariya Coferi unudub. Belə ki, Bad Hersfeld stansiyadakı maqazinə gedən həyat yoldaşını gözləmədən avtomobilini sürməyə davam edib. Stansiyadan 200 kilometr uzaqlaşdıqdan sonra Mariya Coferin maşında olmadığını anlayan ər polisə məlumat verib.
Polisin yardımı ilə 5 saat sonra cütlük qovuşub. Bad Hersfeld isə polisə ifadəsində Mariya Coferi stansiyada unutması barədə məlumat verib: "Arvadım mən benzin alarkən, arxa kresloda yatırdı. Onun yuxudan oyanıb maqazinə getdiyini görməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB