“Google”dan yenilik

"Google" internet-axtarış sistemində yenilik aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, istifadəçilər teleproqram, serial və şoular haqqında informasiyanı bilavasitə resursun əsas səhifəsində almaq imkanı əldə edəcəklər.

Belə ki, istifadəçilər hər hansı bir serial barədə məlumat axtararkən onun adı üzrə axtarış verərək ekranın sağ tərəfində filmin qısa təsvirinin yer aldığı xüsusi bölməni, eləcə də serialın bütün seriyalarının efirə çıxma vaxtının siyahısını görə biləcəklər. Seriyanın adı üzərinə düyməni basaraq bu epizod üçün oxşar nəticələri görmək və baş verən hadisələrin qısa nəqlini oxumaq mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə