İstirahət günlərinizi doğma və yaxınlarınızın əhatəsində keçirin Bu həftəyə ulduz falı

İstirahət günlərinizi doğma və yaxınlarınızın əhatəsində keçirin Bu həftəyə ulduz falı

QOÇLARDA Ayın böyüməsi həftənin əvvəlində münasibətlərdə müəyyən gərginlik yarada bilər. Acı istehza və mizantropiya məyusluq və ürəyini boşaltmaq hissləri ilə birləşəcəkdir. Qərar qəbul etməyə tələsməyin. Həftənin ortasına doğru vəziyyət yavaş-yavaş düzələcəkdir.

BUĞALAR isə əksinə məqsədə çatmaq üçün enerjili və qətiyyətli olacaqlar. Amma ehtiyatlı olmalısınız. Belə sürətlə istiqaməti itirib yanlış yola düşə bilərsiniz. Sonradan hərəkətlərinizə bəraət qazandırmaq çox çətin olacaqdır. Uğurlu dövr olmasına baxmayaraq, qaydaları pozmamağa çalışın. Risk əsaslandırılmış olmalıdır.

ƏKİZLƏRİN qəbul etdikləri qərarlar müstəqil olmalıdır. Öz ətrafınızı elə formalaşdırmalısınız ki, sərbəst hərəkət etməyinizə heç kəs mane ola bilməsin. Maraq dairənizə hər hansı müdaxiləni, bəlkə də tamamilə zərərsiz olan hər bir müdaxiləni düşmən münasibəti kimi top-tüfənglə qarşılayacaqsınız.

XƏRÇƏNGLƏR əldən verdiklərinin əvəzini doldurmağa çalışacaqlar Qorxularınızın heç bir əsası yoxdur. Bunu özünüz də görəcəksiniz. İşlərinizdə sabitliyi qoruyub saxlayın, hadisələri obyektiv qiymətləndirin. Şənbə günü uğursuz olacaq. İstirahət günlərinizi doğma və yaxınlarınızın əhatəsində keçirin.

ŞİRLƏRİN əlavə qazanc əldə etmək şansı olacaqdır. Maliyyə məsələlərində diribaş olmağınız sizə yeni işgüzar tərəfdaşlar qazandıracaq, daha yüksək səviyyəyə çıxmağınıza şərait yaradacaqdır. Xeyriyyəçilik fəaliyyətiniz biznesinizin inkişafına yaxşı təsir göstərəcəkdir.

QIZLARIN çərşənbə günü ən uğurlu günü olacaqdır. Hələ bir ay bundan əvvəl düşündüyünüz layihəni həyata keçirmək ideyası yaranacaqdır. Halbuki əvvəlcə mümkünsüz bir iş kimi bu ideyadan imtina etmişdiniz. İndi isə əlverişli şəraitin yarandığını görürsünüz. Xırda məsələlər barədə deyil, miqyaslı işlər barədə düşünün. Daşınmaz əmlaka sərmayə yatırmağı hələlik təxirə salın.

TƏRƏZİLƏR emosional zəiflik hiss edəcəklər. Bu həftə insanlardan qaçacaqsınız və bu da dərhal işlərinizə təsir göstərəcəkdir. Tənqidə əhəmiyyət verməyin. Çətin anda dostlarınızdan məsləhət ala bilərsiniz.

Ötən həftə Günəşin Pluton və Uran planetləri ilə bağlı münaqişə yaradan aspektləri ƏQRƏBLƏRİN planlarını poza bilər. Ayın çərşənbə axşamı bürcünüzü tərk etməsi sizə problemlər yaradacaqdır. Əlbəttə, planlarınızdan əl çəkmək ürəkaçan məsələ deyildir. Əvəzində vəziyyəti əsaslı təhlil etmək imkanı yaranacaqdır.

OXATANLAR bu həftə cəsarətlə hüquqi məsələlərin həllinə girişəcəklər. Həftənin orta günləri Ay sizin bürcünüzdə olacaq, həyatınıza nikbinlik və xoş ovqat gətirəcəkdir. Bu bürcün nümayəndələrinə xas olan sərbəstlik hissi də güclənəcəkdir. Çərşənbə günü ezamiyyətə yola düşə bilərsiniz. Yolunuz uğurlu olacaqdır.

OĞLAQLAR bizneslərində durğunluq yaradan vəziyyəti dəyişdirmək üçün yeni yollar axtarıb tapmalıdırlar. İşinizə yaxşı bələdsinizsə, işgüzar intuisiyanıza güvənirsinizsə, qəfil qərarlardan çəkinməməlisiniz.

DOLÇALAR nəticə əldə etmək üçün maksimum səy göstərməlidirlər. İşin sürətini yavaşıtmayın. Tələsməyin. Tələsən təndirə düşər deyiblər. Yeri gəlmişkən, həmkarlarınız sizə kömək edə bilərlər. Amma siz də çətin anda onların köməyinə tələsməlisiniz.

BALIQLAR səhvlərini düzəldəcəklər. Lakin onların bir çoxunda heç bir günahınız yoxdur. İş elə gətirib ki, rəhbərlik bu mürəkkəb vəzifəni məhz sizə həvalə edəcək. Tapşırıqdan boyun qaçırmayın. Yeni sahədə qazandığınız təcrübə gələcəkdə əlinizdən tutacaqdır. Dünyagörüşünüzü genişləndirməlisiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə