Maliyyə cəbhəsində vəziyyət əladan əladır Ulduzların iqtisadi proqnozları

Maliyyə cəbhəsində vəziyyət əladan əladır Ulduzların iqtisadi proqnozları

OĞLAQLAR iş və karyera məsələlərində qarşılarına qlobal vəzifələr qoymamalıdırlar. Həftə belə işlər üçün münasib deyildir. Siz köhnə dostlarla, yaxınlarınızla görüşəcəksiniz. Romantik sərgüzəştlər gözlənilir. Maliyyə cəbhəsində vəziyyət əladan əladır, yaxın günlərdə heç bir problem gözlənilmir.

DOLÇALAR həm peşəkarlıq sahəsində, həm də maliyyə işlərində müsbət nəticələrə nail olacaqlar. Xidməti fəaliyyətinizə, biznesinizə ciddi yanaşmağınız rəhbərlik, tərəfdaşlar tərəfindən təqdirlə qarşılanacaqdır. Şəxsi həyatda uzunmüddətli sabit münasibətlər gözlənilir. Bu həftənin devizi sadəlik və dəqiq planlaşdırmadır.

BALIQLAR işlərinin yarımçıq qalmasını istəmirlərsə, bu həftə bir işlə məşğul olmalıdırlar. Onsuz işdə sizə böyük ehtiyac var. Ona görə də həqiqətən müdaxiləniz tələb olunan işlə məşğul olun. Bu həftə evlə bağlı problemlər gözlənilmir, əksinə ailəniz sizə qol-qanad verəcəkdir.

QOÇLARA borclarını xatırladacaqlar. Çox güman, borc sahibi pullarını geri istəyəcəkdir. Nəzərdə tutulmayan bu xərc sizi müflisləşdirsə də, yaxşı olar, bütün maliyyə məsələlərini indi həll edəsiniz, çünki sonra çox çətin olacaqdır. Uşaqlarınızın sizə ehtiyacı olacaqdır. Diqqət, qayğı və nəvazişinizi onlardan əsirgəməyin.

BUĞALAR tərəfdaşlıq münasibətlərini canlandıracaqlar. Əlaqələriniz və münasibətləriniz məhz indi faydalı və səmərəli olacaqdır. Yaxın günlərdə sərfəli müqavilələr imzalamaq imkanınız olacaqdır. İşdən uzaqlaşmaq, ovqatınızı yüksəltmək üçün, məsələn, mənzilinizdəki mebelin yerini dəyişdirə bilərsiniz – gözəl ab-hava yaranacaqdır!

ƏKİZLƏRƏ həmkarlarının uğurları rahatlıq vermir. Paxıllıq etməyi tərgidin, yaxşı olar, dönüb özünüzə baxasınız. Həmkarlarınızda olan keyfiyyətlər sizdə də vardır. Rəhbərlik təkliflərinizə maraq göstərəcəkdir. Həmkarlarınız da bunu qiymətləndirəcəklər. Gözəl niyyətiniz başqalarını müsbət enerji ilə yükləyəcəkdir.

XƏRÇƏNGLƏRİN peşəkarlıq fəaliyyəti, yaradıcılıq axtarışları üçün gözəl dövrdür. Ehtiyatlı olun, çünki son anda uğurun sizdən üz döndərməsi, işlərinizin alt-üst olması ehtimalı var. Qohumlarınızla münaqişəyə girməyin. Yadda saxlayın ki, sülh ürəyinizcə olmasa da, müharibədən min qat yaxşıdır.

ŞİRLƏR bu həftə yeni işlərə başlayacaq, yeni işgüzar münasibətlər quracaqlar. Peşəkarlığınız və işinizə ciddi münasibətiniz maddi durumunuzu düzəltməyə imkan verəcəkdir. Həftə sonu aldığınız bahalı şeylər uğurlu və faydalı olacaqdır.

QIZLAR əlavə qazanc yeri tapmaqla maddi durumlarını xeyli yaxşılaşdıracaqlar. Köhnə planlarınızı real şəkildə həyata keçirə bilərsiniz. Həyatınıza nüfuzlu insanlar girəcəkdir. Onlar bütün təşəbbüslərinizdə sizə kömək edəcəklər. Evdəkilərə qarşı səbirli olun, onların zəif cəhətlərini bağışlayın. İndi münaqişələrin və cəncəlli işlərin yeri deyildir.

TƏRƏZİLƏR peşəkarlıqla bağlı məqsəd və təşəbbüslərini reallaşdıra biləcəklər. Bunun üçün bütün təşkilatçılığınızı, vaxtdan səmərəli istifadə etmək bacarığınızı ortaya qoymalısınız. Belə yanaşma işlərinizə müsbət təsir göstərəcəkdir. Uğur qazanmaq üçün yeni əlaqələr yaratmaq lazımdır.

ƏQRƏBLƏR yaradıcılıq potensiallarını reallaşdırmaq imkanını əldən verməməlidirlər. Görüşlər, təcrübə mübadiləsi və hər cür məsləhətləşmələr faydalı olacaqdır. Amma ailənizi də yaddan çıxarmayın. Yaxşı olar vaxtınızın çoxunu ailənizə həsr edəsiniz. Birlikdə evinizdə səliqə-sahman yaradıb, lazımsız əşyalardan qurtula bilərsiniz.

OXATANLAR rəhbərliyin əhatə dairəsində olacaqlar. Rəhbərlik sizə diqqət yetirəcək, ciddiliyinizi və çalışqanlığınızı qiymətləndirəcəkdir. Yaxın günlərdə ailənizdə bayramlar və xüsusi hadisələr gözlənilməsə belə, yaxınlarınızı sadə hədiyyələrlə sevindirməyə çalışın. İnanın ki, hisslərinizi etiraf etmək çətin deyil, xüsusən qarşılıqlı olanda.

Bütün xəbərlər Facebook səhifəmizdə