Britaniyanın The Sunday Times qəzetinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin qeyri-rəsmi olaraq dünyanın ən varlı adamıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun biznes imperiyası 130 mlrd dollar dəyərindədir. Bu, rəsmən dünyanın ən varlı adamı sayılan Karlos Slim Etunun sərvətindən iki dəfə çoxdur.
Nəşrin yazdığına görə, Putin hakimiyyətdə olduğu dövrdə siyasəti öz şəxsi maraqları ilə uyğunlaşdıra bilib. Putinin müəssisələrinin idarəedilməsində yaxın qohumları və dostları iştirak edir. Bunlar qardaşı oğlu Mixail Putin, keçmiş həyat yoldaşı Lüdmila və qardaşı İqordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB