"Skype", "Viber" və "Whats App" qadağan edildi

"Skype", "Viber" və "Whats App" qadağan edildi

Son dövrlərdə təhlükəsizlik cəhətdən ciddi problemlər yaşayan Pakistanda "Skype" proqramından istifadə qadağan edilib. SİA-nın "Euronews"a istinadən verdiyi xəbərə görə, proqramdan istifadə 3 aylıq əngəllənib. "Skype" ilə yanaşı "Viber" və "Whats App" kimi önəm kəsb edən proqramlar da qadağan edilib. Belə ki, ölkənin Sindh əyalətində terrorçuların gizli mesajlaşması aşkar edildikdən sonra Pakistan dövləti tərəfindən "Skype"-dan istifadənin qadağa olunması məqsədə uyğun görülüb. Ölkə rəsmiləri, eləcə də təhlükəsizlik xidmətləri bu cür xidmətlərdən terrorist qrupların öz məqsədləri üçün istifadə etdiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə