Qədim adət - ənənələri ilə seçilən Mərakeşdə iki yeniyetmə - 15 yaşlı qız və 14 yaşlı oğlan öpüşdükləri şəkli sosial şəbəkədə yaydıqları üçün həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin şimal-şərqində yerləşən Nador şəhərində məktəb qarşısında, dostları tərəfindən çəkilən şəkil cütlük tərəfindən "Facebook" sosial şəbəkəsində yerləşdirilib. Bundan sonra şəkil yerli qəzetlərdən birində də dərc edilib və ölkədə mühafizəkar cəmiyyətin sərt tənqidinə səbəb olub.
Nəticədə hər iki yeniyetməyə qarşı mənəvi normaları pozmaq maddəsi ilə ittiham irəli sürülüb və onların tezliklə məhkəməyə çıxarılacağı da gözlənilir.
Hüquq mühafizə orqanlarının bu cür addımı Mərakeşdə etiraza səbəb olub. Buna cavab olaraq sosial şəbəkələrdə həbs olunmuş yeniyetmələrə dəstək kampaniyaları başladılıb. Kampaniyaların təşəbbüskarları sosial şəbəkələrdə öpüşən cütlüklərin əks olunduğu bir milyon şəkil yerləşdirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB