Amerika sakinləri bayrama 600 milyard dollardan artıq xərcləməyə hazırlaşır

Amerika sakinləri bayrama 600 milyard dollardan artıq xərcləməyə hazırlaşır

Noyabr ayının axırlarında ABŞ-da bayram bazarı mövsümünə start verilir. Amerika sakinləri builki bayram bazarında əməlli-başlı "bədxərclik etmək" niyyətindədirlər.

Milli Pərakəndə Satış Federasiyasının dərc etdiyi məlumatlar da bu fikri təsdiqləyir. Federasiyanın analitiklərinin proqnozlarına görə, Birləşmiş Ştatların sakinləri Şükranlıq Gününə (bu il həmin bayram noyabrın 28-də qeyd edilir) və katoliklərin Milad bayramına (25 dekabr) həsr edilmiş bayram bazarında 602,1 milyard dollar xərcləmək niyyətindədirlər.

Federasiyanın məlumatında deyilir: "Bu, keçənilkindən 3,5 faiz çox, son on il üzrə orta göstəricidən 3,3 faiz yuxarıdır".

Hərçənd, qeyd etmək lazımdır ki, bu proqnoz oktyabrın əvvəlində ABŞ-da başlanmış büdcə-maliyyə böhranından əvvəl tərtib edilmişdir. Ona görə də sonradan bu göstərici dəyişə bilər.

Ənənəyə görə hər il noyabr ayının sonuncu cümə axşamı qeyd edilən Şükranlıq günündən sonrakı "qara cümə günü" ABŞ-da ən mühüm topdansatış yarmarkası hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə