1,5 milyon dollar dəyərində rəsm əsərləri kolleksiyası aşkar edilib
Sidney polisi avtomaşınları qaçıran şəxslərin gizlənməsi ehtimal edilən şəxsi evdə axtarış zamanı dəyəri təxminən 1,5 milyon dollar olan rəsm əsərləri kolleksiyasının aşkar edib. Bu kolleksiya üç il bundan əvvəl oğurlanıb. Avstraliyanın ən iri şəhəri olan Sidneyin polis idarəsində oktyabrın 2-də bildirmişlər ki, həmin evdə axtarış zamanı polisin çoxdan axtardığı "Rənc Rover", "BMV" və "Ferrari" avtomobilləri də aşkar edilib.
XIX-XX əsrlərdə yaşayıb-yaratmış məşhur Avstraliya rəssamları Kevin Hard (Pro), Devid Boyd, Con Perseval, Artur Striton və Norman Lindseyin 18 rəsm əsərinin və eskizinin tapılması əsl sürpriz olmuşdur. Bu əsərlərin hamısı 2010-cu il avqust ayında Sidneydəki bir fərdi kolleksiyaçının evindən oğurlanıb.
İstintaqın bir fərziyyəsinə görə həmin əsərlərin əksəriyyəti xaricə göndərilmişdir. Bu gün isə həmin fərziyyə təsdiqlənməmiş və məlum olub ki, rəsm əsərləri əvvəlcə olduğu yerdən cəmi bir neçə kilometr aralıda gizlədilib.
Bu iş üzrə şübhəli şəxslərin saxlanılması barədə hələ məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB