İsveç dünyada ahıllar üçün ən yaxşı ölkədir, ikinci və üçüncü yerləri Norveç və Almaniya tutublar.
"Svenska Daqbladet" qəzeti yazır ki, "Xell Eyc İnterneşnl" ("Help Age International") xeyriyyə təşkilatı özünün "Global Age Watch Index" reytinqində belə qənaətə gəlib.
Təşkilatın mütəxəssisləri yaşı 60-dan çox olan insanın həyat səviyyəsini qiymətləndirərkən 13 parametrə, o cümlədən tibb müəssisələrinə müraciətlərin sayına, həyat şəraitinə, təhsilə, işləyənlərin sayına və sosial fəallığa diqqət yetiriblər.
Xəbər verildiyi kimi, Dünya Bankının və Ümumdünya Səhiyyə Təşkilatının 91 ölkə üçün statistikası təhlil edilib.
Reytinqin yuxarı pillələrində Niderland, Kanada, İsveçrə, Yeni Zelandiya, ABŞ, İslandiya, Yaponiya, Avstriya, İrlandiya və Böyük Britaniya durur. Pakistan, Tanzaniya və Əfqanıstan isə son mövqelərdədir.
Ekspertlər göstərirlər ki, qocalan əhali dünyanın bir çox ölkələri üçün getdikcə daha böyük narahatlığa çevrilir.
Əgər 2012-ci ildə planetdə yaşı 60-dan çox olan insanların sayı 809 milyon nəfər (əhalinin 11 faizi) olmuşdusa, proqnozlara görə, 2030-cu ildə bu göstərici 1,37 milyard nəfərə (16%), 2050-ci ildə isə 2,03 milyard nəfərə (22%) çatacaq.
Yəni 40 ildən sonra Yer kürəsinin hər dörd sakinindən birinin yaşı 60-dan yuxarı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB