Azərbaycan Uzaq Şərq regionunda daşqından zərər çəkmiş insanlara yardım telemarafonunda iştirak edib
Azərbaycan Rusiyanın Uzaq Şərq regionunda daşqından zərər çəkmiş insanlara yardım telemarafonunda iştirak edib. Dünyanın ən müxtəlif guşələrindəki insanları birləşdirmiş bu möhtəşəm aksiya bir daha göstərib ki, insanlar bir-birinin dərdinə şərik olmalıdırlar. 10 saat davam edən və sentyabrın 29-da Moskva vaxtı ilə saat 18.00-da başa çatan televiziya marafonunda 462,5 milyon rubl vəsait toplanıb.
Xatırladaq ki, 2013-cü il iyulun axırlarında Rusiyanın Uzaq Şərq bölgəsinin cənub hissəsində və Çinin şimal-şərq ərazisində sürəkli və intensiv yağıntılar nəticəsində dəhşətli daşqınlarla əlaqədar, Amur çayında suyun səviyyəsi tədricən artmağa başlayıb.
Daşqının ən şiddətli dövründə - sentyabrın 3-də və 4-də Amur çayında axının həcmi saniyədə 46 min kubmetrə çatırdı. Halbuki normal şəraitdə bu göstərici 18-20 min kubmetr həddində olur. Meteoroloji müşahidələr aparılan 115 il ərzində bu miqyasda daşqın ilk dəfə baş verib. Mütəxəssislərin qurduğu ehtimal modellərinə görə, belə hadisələr 200-300 ildə bir dəfə təkrarlana bilər.
Rusiya televiziyasının Birinci kanalının təşkil etdiyi aksiyada tanınmış musiqiçilər, kino və şou-biznes ulduzları iştirak edib. Marafon vaxtı qeyd edilib ki, bu tədbirin gedişində toplanılan vəsait hesabına qısa müddətdə tikilə bilən isti və rahat evlər ucaldılacaq. Hər birində bir neçə ailənin yerləşə biləcəyi bu cür evlər daşqından ən çox zərər çəkmiş regionlarda tikiləcək.
Birinci kanalın saytında marafon barədə Almaniya, Ukrayna və Belarusdan da xəbərlər dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB