İstifadə müddəti başa çatan məhsullar satışa çıxarılacaq

İstifadə müddəti başa çatan məhsullar satışa çıxarılacaq

ABŞ-da istifadə müddəti başa çatan ərzaq məhsulları satışa çıxarılacaq. SİA-nın verdiyi xəbərə görə, eksperimentin təşəbbüskarı Duq Raux hesab edir ki, istifadə müddəti başa çatan ərzaq mallarından azı 5 məhsulu çəkinmədən yemək olar. Söhbət qarğıdalı çipsisi, şokolad, yumurta, yoğurt və süddən gedir. Bəzi mütəxəssislər hesab edir ki, məhsulun qabında göstərilən vaxt bitdikdən sonra həmin qida heç də təhlükəli olmur, sadəcə olaraq, dadını itirir. Mütəxəssislərin rəyini nəzərə alan Duq Raux gələn ilin əvvələrində bu cür məhsulların satışı ilə məşğul olacaq dükan açacaq.

Qeyd edək ki, statistika göstərir ki, hər il ABŞ-da ərzaq mallarının 40 faizi istifadə müddəti başa çatdığına görə zibilliyə atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə